Müəllim

İT elə bir sahədir ki, onu nə qədər tez öyrənməyə başlasan, bir o qədər uğurlu olarsan. Azərbaycanda 9–15 yaş aralığındakı uşaqlara 2 il boyunca peşəkar proqramlaşdırma təhsili alma imkanı yalnız Developia Kids tərəfindən təqdim olunur.
Hörmətli valideynlər, əgər övladınızın kompüterə və kodlaşdırmaya marağı varsa, fürsəti qaçırmayın! Azərbaycan, rus və ingilis bölmələri üzrə təhsil alan 9–15 yaşlı uşaqlara 1 pulsuz onlayn dərs keçirik və nəticə müsbət olarsa onları Akademiyaya qəbul edirik.
Tədrisin ilk 3 ayında övladınız Scratch ilə tanış olur, daha sonra isə Java proqramlaşdırma dilinə keçir. Təhsili boyunca hər beş aydan bir layihə imtahanlarında iştirak edir. Bu layihələrin yekununda təşkil olunan seminarlar zamanı ən yaxşı 3 tələbə öz hazırladığı layihəni təqdim edir. Bu təqdimatlar uşaqlarda özünəinamı artırır və gələcək hədəflərinə doğru daha motivasiyalı irəliləməsinə şərait yaradır.
Onlayn və/offlayn dərslərimizdə isə uşaqlara maraqlı, interaktiv və fərqli bir öyrənmə mühiti təmin edilir.
Proqramlaşdırma dedikdə, uşaqların yaş xüsusiyyətlərinə uyğun olaraq Amerika şirkətləri və institutları tərəfindən hazırlanmış xüsusi tədris platformaları, eləcə də onların özlərinin kodlaşdıra biləcəyi proqram təminatları nəzərdə tutulur.
Kurslar bitdikdən sonra uşaqların öyrəndiklərini unutmaması və daha da möhkəmləndirməsi üçün onları real layihələr üzərində işləməyə təşviq edirik. Layihələr hazırlayan 9–15 yaşlı şagirdlər gələcəkdə təkcə valideynlərinə maddi dəstək olmaqla qalmır, həm də öz kiçik qazanc imkanlarını yarada bilirlər.
Kurslarda iştirak edən övladınız həm oyun proqramları, həm də real tətbiqlər hazırlamağı öyrənəcək. Verilən layihə tapşırıqları alqoritmik düşüncəni, hesablama məntiqini və problem həll etmə bacarığını inkişaf etdirəcək. Akademiyamızda öyrənmə prosesi həm əyləncəli, həm də faydalıdır.
Praktiki dərslər və real layihələr vasitəsilə JavaScript-i sıfırdan öyrənin, interaktiv veb tətbiqlər yaradın, əsas anlayışları mənimsəyin və junior səviyyəli developer rolları üçün lazım olan bacarıqları qazanın, inamla karyeraya başlamaq üçün.