Bir çox insan IT sahəsinə qoşulmağı arzulayır, amma ilk addımı illərlə təxirə salır.
Onlara elə gəlir ki, hələ tezdir, çox çətindir və ya “bu, onlar üçün deyil”. Əslində isə insanların çoxu bilik çatışmazlığından deyil, risk etmək qorxusundan dayanır.
Uğursuzluqdan, səhv etməkdən, vaxt və enerji itirməkdən çəkinirlər. Amma risk etməmək — ən böyük riskdir.
Cəhd etməkdən imtina edən insan zamanı itirmir, fürsəti itirir — tələbatlı bir peşəni öyrənmək, inkişaf etmək və gələcəyini dəyişmək imkanını. IT sahəsində qalib gələn hər şeyi bilən deyil, başlamağa cəsarət edən və yoluna davam edən insandır. IT-də ilk addım — ən çətin, amma ən önəmli addımdır. Risk edənlər inkişaf edir, yerində sayanlar isə dəyişən dünyada geri qalır.

Mark Zukerberq, məşhur proqramçı və Meta (Facebook, Instagram, WhatsApp) şirkətinin yaradıcısı, risk mövzusunda tanınmış bir fikri ilə yadda qalıb: “Ən böyük risk ümumiyyətlə risk etməməkdir.” O hesab edir ki, sürətlə dəyişən dünyada uğursuzluğa məhkum olan yeganə strategiya yerində saymaq və dəyişikliklərdən qaçmaqdır. Buna görə də, səhvlərlə müşayiət olunsa belə, daim irəliləmək lazımdır. Bu fəlsəfə onun innovasiyalara yanaşmasının əsasını təşkil edir: geridə qalmaqdansa risk etmək və ön sıralarda olmaq daha yaxşıdır.

Son dövrlərdə başqa bir qorxu da yaranıb — süni intellektin (AI) insanları əvəz edəcəyi və IT sahəsində iş tapmağın mümkün olmayacağı qorxusu. Buna görə də bir çox insan ümumiyyətlə başlamamağı seçir. Microsoft-un qurucusu, keçmişdə dünyanın ən varlı insanı olan Bill Gates bu mövzuda belə deyir:
“Proqramlaşdırma hər zaman 100% insan işi olaraq qalacaq.”
Əgər sənin daxilində istək, həvəs və məqsəd varsa, başlamaq üçün heç vaxt gec deyil. Yaş, keçmiş təcrübə və ya qorxular səni dayandırmamalıdır. Ən vacibi ilk addımı atmaqdır. Qorxma, səhv etməkdən çəkinmə — çünki hər bir uğur məhz cəsarətlə başlayır. Qarşına çıxan çətinliklərə baxmayaraq yoluna davam et, özünə inan və irəli get. Unutma ki, böyük dəyişikliklər həmişə kiçik qərarla başlayır.